booked.net booked.net  

“Hesab edirəm ki, son 6 ayda etdiklərindən sonra Rusiyanın heç bir beynəlxalq platformada yeri yoxdur. Qonşusuna qarşı təcavüzkar müharibə aparan və dinc əhaliyə qarşı kütləvi vəhşi cinayətlər törədən ölkəyə yalnız bir yer -Beynəlxalq Ədalət Məhkəməsi təklif olunmalıdır”.

Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba G20 ölkələrinin XİN rəhbərlərinin iclasında çıxışı zamanı deyib. O bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 344 ukraynalı uşaq həlak olub. Sitat: “Burada iştirak edənlərin çoxunun övladları var. Uşağınızı müharibədə itirməyin nə qədər böyük ağrı olduğunu təsəvvür edə bilərsinizmi? Bununla belə, onların ölümünə görə məsuliyyət daşıyan ölkənin naziri bu gün sizin qarşınıza çıxır və Rusiyanın qloballaşan dünyamızda əməkdaşlığa necə baxdığı barədə fikirlərini bölüşür. Xahiş edirəm, rus yalanlarını dinləyərkən övladlarını itirmiş 344 ukraynalı ailəni xatırlayın.  Burada iştirak edənlərin bir çoxunun ölkələri artıq bu təsirləri hiss etməkdədir. Rusiya imperializmi və təcavüzü qlobal təhlükəsizliyin, iqtisadi sabitliyin və ticarətin arxitekturasını sarsıdır. Bu ölkə yaxın tarixdə ən ağır qida və enerji böhranlarından birinə səbəb olur”.

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN