booked.net booked.net  

Kanada Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ilə əlaqədar daha 29 nəfərə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Tezadlar.az Trt-Türk-ə istinadən xəbər verir ki, hökumətin bəyanatında qeyd ediblər ki, sanksiya siyahısına daha 29 nəfər - Rusiya dezinformasiya və təbliğat mənbələrinin nümayəndələri və bu fəaliyyətlə məşğul olan 15 şirkət əlavə edilib. O cümlədən siyahıya Vladimir Qundyaev (Kirill), Rusiya Xarici İşlər Nazirliyinin MX katibi Mariya Zaxarova, təbliğatçı Olqa Skabeeva daxildir. Sanksiyaya məruz qalan hüquqi şəxslərin siyahısına Roskomnadzor, Rossiya 1, NTV, Rossiya 24, Vesti.Ru, RT, Sputnik, Rossotrudniçestvo, TASS və REGNUM xəbər agentlikləri, Qazprom Media, “Milli Media Qrupu”, Ümumrusiya Dövlət Televiziyası və Radio Verilişləri Şirkəti və s. daxil edilib.
Ümumiyyətlə, Kanada Rusiya Federasiyasına qarşı müharibənin başlanmasına görə tətbiq etdiyi sanksiyalar çərçivəsində minlərlə Rusiya vətəndaşının, o cümlədən prezident Vladimir Putinin ölkəyə girişinə qadağa qoyub. İyunun sonunda Kanada Rusiya və Belarusun müdafiə sektoru ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı da əlavə sanksiyalar elan edib.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN