Dünən ABŞ Dövlət Departamenti özünü separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edən David Babayanın Vaşinqtona səfərinə münasibət bildirib.

Departamentin  sözçüsü deyib ki, Dövlət Departamentinin Babayanın səfəri ilə heç bir əlaqəsi yoxdur. "Birləşmiş Ştatlar özünü elan etmiş (tanınmamış) “Artsax respublikasını” tanımır. Dövlət Departamenti bu səfərin bir hissəsi deyil".

Bütün hallarda, bu ona bənzəyir ki, kimsə tülkünü tövləsinə qəbul edir, sonra isə deyir ki, tülkünün toyuqları yeməsinə mənim heç bir aidiyyətim yoxdur, tülkünün istənilən tövləyə girmək, toyuqları yemək kimi beynəlxalq azadlığı var və s.

Bütün hallarda, Azərbaycanın 2020-ci ilin 44 günlük Zəfər müharibəsi ilə "tülkü"lərin qondarmalılığı üzə çıxdı və artıq onların reallıqla barışmaqdan başqa yolu yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN