Gürcüstan Rusiya vətəndaşlarını kütləvi şəkildə ölkəyə buraxmır.

Tezadlar.az  “Free Russia Foundation” ictimai təşkilatının Cənubi Qafqazdakı direktoru Yeqor Kuroptevin  açıqlamasına istinadla bildirir ki, Gürcüstan bir neçə həftə öncə rusiyalılara səfər etmək üçün sərhəd nəzarətini gücləndirib. İndi hər gün onlarla insanın girişinə icazə verilmir: “İstər peşənin, istər Gürcüstanda yaşamaq faktının, istərsə də kirayə ev üçün müqavilənin olmasının fərqi yoxdur. Yaşayış sənədi, iqamət icazəsi yoxdursa, başqa heç bir sənəd Rusiya vətəndaşları üçün Gürcüstana giriş zəmanəti deyil”. Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Gürcüstan rusiyalı turistlər üçün ən populyar ölkələrdən birinə çevrilib. Eyni zamanda, müharibənin başlaması ilə rusiyalı bir çox siyasi aktivist və jurnalistlər Gürcüstana köçüblər.

Belə çıxır ki, bu müharibə uzandıqca ölkənin döyüşmək istəməyən əhalisi çıxış yolunu ölkəni tərk etməkdə görəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN