ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, Ermənistan parlamentinin sədri Alen Simonyanla birgə İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan məsələsində qərəzli mövqe nümaiş etdirib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, o, səmərəli görüş keçirdiyini və görüş zamanı Amerika tərəfi ABŞ Konqresinin Ermənistanda və regionda təhlükəsizlik, iqtisadi və demokratik məsələlər üzərində işləmək öhdəliyini bir daha təsdiq etdiyini bildirib. Pelosi çıxışında, Azərbaycan tərəfini Ermənistan ərazisinə hücumda ittiham edib və məsələ də Türkiyə tərəfinə də günahlandırıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Nensi Pelosinin açıqlamalarına münasibət bildirib. Nazirlikdən qeyd olunub ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda söylədikləri fikirlər, erməni təbliğatı əsasında verilmiş açıqlamalardır. Bildirilib ki, bu kimi çıxışlar Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.

*** 

Biz artıq vərdiş etmişik haqq və ədalətdən danışan ölkələrin rəsmiləri gözlənilmədən Azərbaycan əleyhinə danışır. Ermənistnın isə 30 illik işğalçılığı, eləcə də Qarabağda törətdikləri qeyri-insani əməlləri unudulur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN