Rusiya sülhməramlı missiyası Laçın dəhlizində vəziyyətə nəzarət edilməsi üzrə öz öhdəliklərini yerinə yetirir.

TEZADLAR.AZ xəbər verir ki, RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın sülhməramlılar tərəfindən guya öz vəzifələrinin yerinə yetirilməməsi barədə bəyanatını şərh edərkən söyləyib.

O deyib: “Mən bunu əksini deyə bilərəm: Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər”.

M.Zaxarova daha sonra deyib ki, regiondakı filiz yataqlarının işlənməsi məsələsinə dair fikir ayrılıqlarını nizamlamaq lazımdır. Diplomat erməni jurnalistin guya yolun humanitar təyinatlı maşınlar üçün bağlanması və tibbi yardım olmaması səbəbindən bir xəstənin ölümü barədə sualını cavablandıraraq vurğulayıb ki, RF Müdafiə Nazirliyi və sülhməramlı kontingentin komandanlığı vəziyyətin gərginləşməməsi üzərində işi davam etdirir və onların səyləri sayəsində humanitar təyinatlı avtomobil nəqliyyatının, o cümlədən təcili yardım maşınlarının hərəkəti bərpa edilib.

M.Zaxarova vurğulayıb: “Biz vəziyyətin yaxın vaxtda tənzimlənəcəyinə ümid edirik. Tərəfləri liderlərin bəyanatlarına uyğun olaraq öz üzərinə götürdükləri öhdəliklərə ciddi əməl etməyə çağırırıq”.

AzerTac

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN