Sabiq prezident Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı Tbilisi Şəhər Məhkəməsində iclas baş tutub...
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, eks prezident iclasda “Vivamed” klinikasından online iştirak edib. Məlumata əsasən, bu günkü prosesdə ekspertlər də ifadə veriblər. Onların arasında Saakaşvilinin tibbi hesabatının hazırlanmasında iştirak edən amerikalı ekspert Erik Devid Qold Smit də var. Eləcə də məhkəmə iclasında Saakaşvilinin valideynləri və tərəfdarları da iştirak ediblər.
Qeyd edək ki, 1 dekabr tarixində Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib. Vəkillər hesab edir ki, məhkəmə Saakaşvilinin azadlığı üçün ədalətli qərar verəcək.
A.Məmmədli