Ermənistan Moskvanın əsəblərini tarıma çəkib – üçtərəfli görüşə xəbərdarlıqsız qatılmayıb...

Ermənistan tərəfi Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirak etməyi planlaşdırmadığı barədə diplomatik kanallar vasitəsilə Rusiyaya məlumat verməyib.

"Biz də sizin kimi bu imtina barədə mətbuat xidmətinin mesajından öyrəndik. Adətən belə işlərlə məşğul olan heç bir diplomatik kanaldan istifadə olunmayıb. Bu, erməni tərəfinin qərarıdır", -  deyə Lavrov Bayramovla  görüşün yekunlarına dair mətbuat konfransında deyib. 

O qeyd edib ki, bu bildiriş üsulu Moskvada suallar doğurur.

“Bu gün erməni tərəfinin bu tədbirdə iştirak etməməsi barədə hamımıza məlumat verildiyi üsul, əlbəttə ki, suallar doğurur”, - Rusiya XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan XİN rəhbəri Moskvada həmkarı Sergey Lavrovla görüşüb və gündəmdə olan məsələləri müzakirə ediblər.

Ermənistan tərəfi isə üçtərəfli görüşə diplomatik kanallar vasitəsilə edilməli olan xəbərdarlıqsız  qatılmayıb...

Kreml bunu onlara bağışlayacaqmı?..

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN