Həmyerlimiz, Ukrayna Elmlər Akademiyasının akademiki, professor Arif Quliyev «Təzadlar»a müsahibəsində sadaladığı maraqlı faktlardan biri də

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə olan görüşünə də toxundu:

-2014-cü ildə humanitar mahiyyətli böyük bir tədbir keçirilirdi. Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyeva da həmin tədbirdə iştirak edirdi. Biz birlikdə idik. Bu zaman əslən ukraynalı olan, hazırda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə qarşılaşdıq. Həmin vaxt Rusiya ilə Ukrayna arasındakı münasibətlər təzə-təzə korlanmaqda idi. Xanım Matviyenko məni tanıyırdı. Dedim, Valentina xanım, siz də diplomatsınız, mən də. Biz bir-birimizi yaxşı anlamalıyıq. Siz həm də Ukraynalısınız. Niyə Rusiya rəhbərliyi ilə danışıb bu məsələdə öz xidmətinizi göstərmirsiniz? Bu iki slavyandilli xalq bir-birinə niyə düşmən edilir və s. Dedim, niyə bu məsələdə yaxanızı kənara çəkirsiniz? Dedi çalışacağam… Leyla xanım dedi, Arif müəllim, sağ olun ki, nə lazım idi xanım Valentina Matviyenkonun diqqətinə söylədiniz… Zaman keçdi, məlum oldu ki, iki dövlət arasında müharibəni körükləyənlərdən biri də elə odur…

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN