Ərdoğan dünən bəyan etdi: “Sığınacaq axtaran şəxslərin könüllü vətənlərinə geri qayıtması siyasətimizin tərkib hissəsidir”.
Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində çıxışı zamanı deyib. Onun sözlərinə görə, 600 minə yaxın insan könüllü olaraq Suriya ərazisində yerləşən təhlükəsiz bölgələrə qaytarılıb: “Qətərlə əməkdaşlıq etdik. Yeni köçürmə layihəsi ilə biz bir neçə ildən sonra 1 milyon qaçqının geri qayıtmasını təmin edəcəyik. Təhsil, səhiyyə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və idman da daxil olmaqla, ölkəmizə əsrlər boyu qazanc gətirdiyimiz sahələrdə səviyyəni daha da yüksəldəcək investisiyalarla yolumuza davam edəcəyik. Ölkənin şərtlərinə və gənclərimizin gözləntilərinə cavab verəcək təcrübələri genişləndirməyə davam edəcəyik. Dünyanın nümunə götürdüyü infrastrukturumuzu, sığorta sistemimizi daha da irəli aparacağıq. Şəhər xəstəxanalarımızı artıracağıq. İnkişafın əsas infrastrukturu olan nəqliyyat və enerji sahələrində investisiyaları qlobal səviyyəyə qaldıraraq Türkiyənin mövqeyini daha da gücləndirəcəyik”.
Prezident ölkənin müdafiə sənayesi daha da gücləndiriləcək: “Biz əkinçilik və heyvandarlıqda istehsalçıların gəlirlərini artıran sistemi tətbiq edəcəyik ki, bu da bizi dünya qida sənayesinin ən mühüm aktorlarından birinə çevirir. Biz xidmət və turizm sahəsində əldə etdiyimiz sürəti qoruyacağıq. Biz sosial yardım və dəstək sistemimizi millətimizin heç bir üzvünün laqeyd hiss etməyəcəyi səviyyəyə çatana qədər inkişaf etdirəcəyik”.
Yaxın günlərdə Ərdoğanın yenidən prezident seçilməsinə görə andiçməsi olacaq... Azərbaycanda əhalinin demək olar hamısı bu seçimdən çox məmnundur...
A.Məmmədli