Rusiya həbsxanalarında cəza çəkən bəzi ölkələrin vətəndaşlarını Ukraynada döyüşmək üçün müharibəyə cəlb edirlər, hətta müqavilə imzalatdıqları da açıqlanır...

***

Rusiya həbsxanalarında cəza çəkən 100-ə yaxın Tacikistan vətəndaşı Rusiya ordusuna cəlb olunaraq Ukraynaya müharibəyə göndərilib.

Bunu Tacikistan Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

Bu barədə ASIA-Plus Tacikistanın daxili işlər naziri Ramazan Rəhimzodunun bəyanatına istinadən xəbər yayıb.

Tacikistan Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiya bu məsələ ilə bağlı Tacikistana məlumat vermir və ölkələr arasında belə məlumatların mübadiləsinə dair razılaşma yoxdur. Məlumatda həmin vətəndaşların başına gələnlər qeyd edilmir.

 Nəşr qeyd edir ki, Tacikistanda rəsmi şəxs ilk dəfədir ki, Rusiya Federasiyasında məhkum olunmuş və Rusiya ordusuna cəlb olunmuş ölkə vətəndaşlarının təxmini sayını açıqlayır.

Bundan əvvəl BBC Rus Xidməti Rusiya tərəfində Ukraynadakı müharibədə ən azı 93 Mərkəzi Asiya ölkələrinin vətəndaşının həlak olduğunu iddia edən araşdırma dərc etmişdi: 19-u Qırğızıstandan, 34-ü Özbəkistandan və 40-ı Tacikistandan. Onların hamısı Rusiya həbsxanalarından, çox vaxt Vaqner ÖHŞ-yə cəlb ediliblər.

Tacikistanın hüquq müdafiəçisi Karimjon Yorov “İndiki zaman” telekanalına yanvar ayında Rusiya həbsxanalarında olan taciklərdən və onların qohumlarından onları müharibəyə cəlb etmək cəhdi barədə məlumat verən təxminən 200-250 müraciət aldığını bildirib.

Onun sözlərinə görə, Rusiyada 10 minə qədər Tacikistan vətəndaşı həbsdədir.

Onu da qeyd edək ki, Tacikistanın əmək, miqrasiya və məşğulluq Nazirliyi fevral ayında bildirib ki, Rusiya həbsxanalarında saxlanılan ölkə vətəndaşları Ukraynaya qarşı müharibədə iştirak etmək üçün özləri müqavilə imzalayırlar...

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN