Prezident İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçikanın xarici işlər nazirini qəbul etməyəcək.

TEZADLAR.AZ xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.

Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.

Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Yerli KİV-in məlumatına görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.

Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.

Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.

***

Xatırladaq ki, əslən Əlcəzairli müsəlman olan Hadca Labib 1970-ci ildə Belçikada – Bussuda dünyaya gəlib. Onun ailəsi mühacir kimi Belçikaya yerləşib. Beş uşaqlı ailənin övladı olan Hadcanın atası mədənçi olub.

 Siyasətçi katolik məktəbində təhsil alır və 18 yaşında ərəb icması ilə mədəni əlaqələrini kəsir. 1990-cı illərin əvvəllərində o, Brüssel azad universitetinin jurnalistika fakültəsini bitirib, 1997-ci ildən RTBF-in jurnalisti kimi Yaxın Şərq, Əfqanıstan, Pakistan və Hindistanda baş verən hadisələri işıqlandırıb.

 2021-ci ildə o, Krıma jurnalist kimi səfər etmişdi və bunun üçün Rusiya vizası almışdı. Onun bu səfəri qanunsuz hesab edilərək Ukrayna hakimiyyətinin etirazına səbəb olmuşdu.

 15 iyul 2022-ci ildə Sofi Vilmes istefa verdikdən sonra o, De Cros hökumətində xarici işlər, xarici ticarət və mədəniyyət qurumları naziri portfelini qəbul etdi.

 31 avqust 2022-ci ildə Avropa İttifaqı Şurasının Xarici İşlər Nazirləri Şurasının Praqada keçirilən iclasında Labib Mərkəzi Avropa ölkələri qrupunun Rusiya vətəndaşları üçün bütün vizaların ləğvi təklifinə qarşı çıxıb. O, fikrini yalnız Ukraynadakı müharibədə Rusiyaya dəstək verənlərə və ya iqtisadi sanksiyalardan yayınmağa çalışanlara qarşı məqsədyönlü tədbirlərin görülməsinin zəruriliyi ilə əsaslandırıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN