...Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Gürcüstanı işğal altındakı əraziləri ilə təhdid edib.

Tezadlar.az xəbər verir ki, Medvedev "Abxaziya və Çxinvali bölgələrinin Rusiyaya birləşdirilməsi ideası"nın hələ də "gündəmdə" olduğunu bildirib. Sitat: “Qərb daha bir vacib, lakin zəruri dərs çıxarmalıdır. 2008-ci ildə biz Tbilisiyə hücumu dayandırdıq, o zaman yaranan təhlükələri aradan qaldıra bildik və təhlükəsizlik zəmanəti aldıq. Amma indi vəziyyət yenidən aktiv şəkildə gərginləşib. Görünür, onlar Ukrayna cinahı ilə sərhədlərimizdə daha bir gərginlik mərkəzi yaratmaq istəyirlər. Gürcüstanın NATO-ya mümkün qəbulu ilə bağlı hələ də danışıqlar gedir. 2008-ci ilin tarixini təkrarlamağa ehtiyac yoxdur. Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Amma əgər narahatlıqlarımız real təhlükə altındadırsa, biz bundan çəkinməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya qoşulmaq fikri hələ də populyardır. Bunun üçün yaxşı bir səbəb olduqda həyata keçirilə bilər. Qərb üçün hadisələrin bu cür dönüşü növbəti biabırçı fiasko və təsirin itirilməsinin başqa bir simvolu olardı. Tarix isə onun dərslərinə məhəl qoymayan hər kəsi ciddi şəkildə cəzalandırır”.

Rusiya Gürcüstan ərazisini 2014-ğü ildə işğal edib, iki süni və separatçı qurum yaradıb... Münaqişə isə hələ də davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN