Dağlıq Qarabağın Canyataq kəndi yaxınlığında avtomobilin atəşə tutulması nəticəsində Rusiya sülhməramlıları həlak olub. Bi barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil  atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, - deyə məlumatda bildirilir. Hərbi idarədən bildirilib ki, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri bütün halların aydınlaşdırılması üçün hadisə yerində işləyirlər.

30 ildən çox müddətdə işğalçılıqla məşğul olmuş erməni quldurlarının Azərbaycan ordusuna təslim olma məqamında Rusiya hərbçilərini öldürməsi siyasi mahiyyət daşıyır. Görünür, quldurlar 200 ilə yaxın müddətdə onları daim himayə etmiş Rusiyanın indi onlara yiyə durmamasının acığını-qisasını belə çıxırlar... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN