Zaxarova Ermənistanın Maltada Ukrayna ilə bağlı konfransda iştirakını şərh edib
Moskva İrəvanın Maltada Ukrayna üzrə qondarma Kopenhagen formatında keçirilən konfransda iştirakını Ermənistanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Əgər siz Maltada qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, o zaman biz bunu rəsmi Yerevanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndiririk”, - diplomat müvafiq sualı cavablandırarkən deyib.
Kiyev Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi və Moskvanın mövqeyini nəzərə almayan nizamlanma planını fəal şəkildə təbliğ etməyə çalışır. Rusiyanın dəvət olunmadığı müvafiq beynəlxalq məsləhətləşmələr iyunun 24-də Kopenhagendə (Danimarka) və avqustun 5-6-da Ciddədə (Səudiyyə Ərəbistanı) baş tutub. Ukraynada münaqişənin aradan qaldırılması yollarına həsr olunmuş milli təhlükəsizlik müşavirləri səviyyəsində sonuncu görüş oktyabrın 28-29-da Maltada keçirilib.
Zaxarova belə qeyd edib: “İrəvanda “onlar bilməlidirlər ki, söhbət Rusiyaya aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flörtdən gedir”.
“Və təəssüf ki, respublikanın hazırkı rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi qəsdən israrla pozur”, - Rusiya XİN-in rəsmi nümayəndəsi yekunlaşdırıb. .
E.ŞİRİNOV