Mixail Saakaşvilinin ev dustaqlığına buraxılması yenidən gündəmdədir...

Lakin hakimiyyət bunu özünə siyasi təhlükə gördüyündən hələki tərəddüd edir... Məsələn, ölkənin ədliyyə naziri Rati Breqadze "Mixeil Saakaşvilinin səhhəti yaxşılaşdığından o, həbsxanaya qaytarılacaq", -deyərək “İmedi” telekanalına müsahibəsində belə deyib. Nazir bildirib ki, Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi qərarı siyasi ola bilməz, bu, həkimlərin tövsiyələrinə əsaslanacaq. Breqadzenin sözlərinə görə, Gürcüstanda məhbuslar səhhətlərini yaxşılaşdırmaq üçün lazım olan müddətdə xəstəxanada qala bilərlər: “Həkim tövsiyəsi olan kimi onu (Saakaşvilini həbsxanaya) köçürəcəyik, çünki bu məsələ ilə bağlı başqa qərar qəbul etmirik, hər hansı siyasi qərar qəbul etmək istisnadır”.

Nazir Rati Breqadzenin sözlərinə görə, Saakaşvilinin səhhəti artıq yaxşılaşıb. Noyabrın 15-də Breqadze bildirib ki, Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidentinin 2022-ci ilin mayından həbsxanaya qaytarılması məsələsinə baxılması üçün həkimlərin rəyini gözləyir... maraqlıdır, həkimlər hansı rəyi verəcək?

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN