Gürcüstan üçün daha bir tarixi addım atıldı...

"Bu, həqiqətən də layiqli statusdur və biz bunu xalqımızla birlikdə qazanmışıq", -deyən Baş nazir İrakli Qaribaşvili Avropa İttifaqının namizəd statusu ilə bağlı verdiyi qərara münasibət bildirərkən deyib. O, vətəndaşları Aİ üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib: “Böyük qürur və sevinc hissi ilə sizi tarixi qərar münasibətilə təbrik edirəm. Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə oldu. Hamını təbrik edirik! Mən hər bir vətəndaşı bugünkü tarixi gün münasibətilə təbrik etmək istəyirəm. Bu, həqiqətən də ölkəmizin və xalqımızın qələbəsidir. Bu, doğrudan da biz hökumətin xalqımızla, xalqımız üçün qazandığı layiqli statusdur. Mübarizə etdik, qalib gəldik!”. İ. Qaribaşvili statusun verilməsi qərarını qeyd etmək üçün vətəndaşları Azadlıq meydanına dəvət edib: “Hamınızı sabah, dekabrın 15-i saat 17:00-da Azadlıq meydanına dəvət etmək istərdim ki, ölkəmizin və xalqımızın bu tarixi qələbəsini birlikdə qeyd edək. Sabah ümumi, milli bayram və ümumi qələbə günü olmalıdır", - deyə baş nazir bildirib.

Avropa İttifaqı (Aİ) Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib. Rəsmi Moskvanın isə əsəbləri tarıma çəkilib. Siyasi ekspertlər də hesab edir ki, Gürcüstan de-fakto və de-yure Rusiyanın təsir dairəsindən çıxır. Bu artıq Rusiyanın siyasi dairəsini tərk edərək Avropaya yolunu dəyişən növbəti ölkə olur. Hər şey isə 2014-cü ildə Rusiyanın Gürcüstan ərazisinə hərbi müdaxiləsindən sonra başlayıb...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN