Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov budəfəki seçkinin yüzilliklərə düşən seçki olacağını bildirib.
Tezadlar.az bildirir ki, M.Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib ki, bu seçkilər Azərbaycanın bütün sərhədləri daxilində keçiriləcək: “Budəfəki seçki yüzilliklərə düşən seçki olacaq. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunub”.