Sabiq Prezident Mixeil Saakaşvilinin “7 noyabr” işi üzrə növbəti məhkəmə iclası keçirilir.
Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, iclasda dövlət ittihamçısının dəvət etdiyi şahidlər dinləniləcək. Məlumata görə, üçüncü Prezident iclasa müalicə aldığı klinikadan onlayn qoşulacaq. Məhkəmə iclasına paralel olaraq müxalif “Vahid Milli Hərəkat” partiyasının liderləri və tərəfdarları Saakaşvilinin azad olunması tələbi ilə şəhər məhkəməsinin qarşısında aksiya keçirirlər.
2007-ci ilin 7 noyabr tarixində Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyası polisin gücündən istifadə edilərək dağıdılıb. Bununla bağlı Mixeil Saakaşvili də daxil olmaqla bir çox şəxsə qarşı cinayət işi açılıb və bu günkü məhkəmə prosesi bu hadisələrlə bağlıdır. Hadisələrdə Saakaşvili ilə yanaşı Vano Merabişvili , Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava da ittiham olunurlar.