...Onlar 31 ildən sonra təkcə doğma yurda qayıtmır, həm də keçmişdən gələcəyə qayıdırlar...
Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumatda da deyilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Sitat: "Belə ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər".
Bir daha qeyd edək ki, indiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin edilib. Laçının, eləcə də Füzuli və Zəngilananın da yenidən tikilmiş ərazilərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Qayıdışımız əbədidir və bu qayıdış həm də dünyaya, bəşəriyyətə bir çağırışdır i,arix ədalətsizliyi heç vaxt bağışlamır!
A.Məmmədli