Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası)

itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir.

Bu barədə Dövlət Komissiyası məlumat yayıb. Sitat: "Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik".

Bəli, 90-cı illərdə Rusiyanın ələ alınmış hərbçiləri ilə əlbir olan ermənilər Qarabağda at oynadaraq mülki əhalimizə hücum edirdilər. Evlər yandırılır, insanlar güllələnirdi... 30 il ərzində girov və əsir götürülmüş vətəndaşlarımızın bir hissəsi öldürüldü, bəzilərinin isə hələ də sağ qaldığı deyilir. Azərbaycan 44 günlük Vətən savaşı ilə bu mənfurlara yerini göstərdi, qondarma "Artsax" görbagor oldu. Lakin əsir və girovların və ya öldürülən vətəndaşlarımızın yerinin müəyyənləşdirilməsində Ermənistanın o vaxtkı səhra komandirləri prosesə cəlb edilməlidir. Çünki məhz onlar nəyin nə zaman və necə baş verdiyini yaxşı bilirlər...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN