Rusiya Ukraynada türk PUA-larını tənqid etdikdən sonra Türkiyədən naringi idxalını qadağalayıb...

"Ukrainskaya pravda" yazır ki, "Rospotrebnadzor" Türkiyənin əsas narıngi istehsalçılarından birindən bu məhsulun idxalının dayandırıldığını elan edib. Bu barədə agentliyin saytında yer alan məlumatda deyilir. "Təzadlar"ın rəsmi saytının bu səhərki xəbər  buraxılışında qeyd edilmişdi ki, Rusiya departamenti naringilərdə “konsentrasiyası icazə verilən maksimum həddi üstələyən Chlorpyrifos pestisidinin qalıq miqdarı"nı səbəb kimi göstərib.

Qeyd edək ki, Türkiyə Rusiya bazarına ən böyük naringi tədarükçüsüdür. Təkcə bu ilin yanvar-avqust aylarında Rusiyaya 72 milyon dollardan çox 107,6 min ton idxal edilib, Pakistan isə 50,8 milyon dollarlıq 73 min tondan çox narıngi idxal edərək ikinci yerdədir.
Amma "Evropeyskaya pravda" yazır ki, Rusiyanın Türkiyə narıngilərinə qadağa qərarı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Türkiyənin “Bayraktar” pilotsuz uçuş təyyarələrinin Ukraynaya tədarükü və Donbassdakı demarkasiya xəttində “sabitliyin pozulmasına gətirib çıxara biləcəyi” barədə bəyanatından bir gün sonra edilib. Oktyabrın 26-da isə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general-leytenant Valeri Zalujnının əmri ilə “Bayraktar” kəşfiyyat-zərbə pilotsuz kompleksindən ilk dəfə olaraq Birləşmiş Qüvvələrin əməliyyatı aparılan ərazidəki döyüşlərdə istifadə edilib. Bayraktar Türkiyənin uzun uçuş müddəti olan operativ-taktiki orta hündürlükdə pilotsuz uçuş aparatıdır. 2018-ci ildə Ukrayna Türkiyədən 6 belə PUA alıb...

Beləliklə, bəlli olur və məntiq də onu diqtə edir ki, sadəcə, PUA bir bəhanədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN