...Bu günlərdə Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına səfərləri zamanı hər kəsi duyğulandıran, xoş təsir bağışlayan bir sıra epizodlar daha yaddaqalan oldu. Şamaxıdakı Pirsaat Baba ziyarətgahı istifadəyə verildi. Bu, müqəddəs ziyarətgahlarımızdan olan Pirsaat pirinə bu doğma münasibət,dini dəyərlərimizə, İslam dininə olan ehtiramın, hörmətin ifadəsini bir daha təsdiq etdi.
Azərbaycanda və dünyada dini abidələri bərpa edən Heydər Əliyev Fondunun inanclı insanlara hədiyyəsi olan bu ziyarətgahın istifadəyə verilməsi həm də Mehriban xanımın yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
İslam barış və Sülh dinidir, mərhəmət, əxlaq, sülhsevərlik, xeyirxahlıq, vətənpərvərlik deməkdir. İlham Əliyev və Mehriban Əliyeva sülh elçiləridir,xeyirxah və vətənpərvərliyi ilə hər kəsə örnəkdirlər. Onların müqəddəs dinimizə münasibətində də bir doğmalıq, mehribanlıq vardır, dinə müqəddəs inanc yerimiz kimi baxırlar.
Uca Yaradan Onlardan heç bir səxavətini əsirgəmir, dua və niyyətlərini qəbul edir. Onların ən müqəddəs arzusu Qarabağa qovuşmaq idi, Uca Tanrı bunu da nəsib etdi. Cənab Ali Baş Komandan Şuşada üçrəngli bayrağımızı göylərə ucaldır, həm də Gövhər ağa məscidində Azan səsi göyə ucalır.
Qarabağ haqq savaşı idi və Azərbaycan bu savaşdan qalib çıxdı, Bu Zəfər həm də haqqın qalibiyyətidir. Müzəffər Sərkərdə kimi Onun bütün uğurlarında dərin bir hikmət vardır. O, həm də dinimizə yad ünsürlər gətirən, dini ayrı-seçkilik edən, dini təfriqə yaradanları ifşa edir. İslam adından çirkin siyasət yürüdənlərin xəbis niyyətlərinin qarşısını alır, bu nümunəvi davranışı ilə həm də İslamın müqəddəsliyini qoruyur.
O, İslamı gözdən salanların əsil simasını üzə çıxarır, onların özünü gözdən salır.
İlham Əliyev adında İslamı daşıyan İranın terrorçu ermənilərlə işbirliyinin, namərdliyinin heç bir əxlaqa və dinə sığmadığını dünyaya bəyan edir. Dünya müsəlmanlarına islam abidələrini darmadağın edən vəhşi düşmənlə bir süfrə başında oturan “din qardaşlarını”n kim olduğunu tanıdır. 30 il təhqir olunmuş məscidlərimizə bir İslam ölkəsinin göz görə-görə susqunluğunun bağışlanmaz olduğunu anladır.
Möhtərəm Prezident və Birinci Vitse-prezident düşmənin və onun yaxın dostunun sahibsiz zənn etdikləri dini dəyərlərimizə yiyə çıxıblar, onların vurduğu amansız yaraları sarıyırlar, dini ocaqlarımızı öz həyatına qaytarır, isidirlər. Ermənilər vaxtilə “Qurani-Kərimi” İranın gözü qarşısında Qarabağda yandırırdı, indi Mehriban Əliyeva Müqəddəs Kəbə Evindən gətirdiyi “Qurani-Kərim”i Qarabağda məscidlərə bağışlayır. Onun iştirakı ilə Şuşada müqəddəs Ramazan bayramında iki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan yeni məscidin təməli qoyuldu, Zəngilanda məşhur dini ocağımızın bərpasına başlanıldı.
Ali Baş Komandan İlham Əliyev və Mehriban Əliyeva dinimizə olan ülvi, pak yanaşması ilə bütün müsəlmanların könüllərini oxşayır. Budur müsəlmanlıq, İslama hörmət, dinimizə, inaclarımıza sədaqət.
Azərbaycan dünyəvi dövlətdir, bütün vətəndaşlar ölkəmizdə mövcud olan vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanırlar. Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icmalar da milli-mənəvi dəyərlərdən sərbəst istifadə edir, ölkəmizin ictimai həyatında yaxından iştirak edirlər.
Azərbaycan əsil qardaşlıq və həmrəylik, sülh və barış üçün örnəkdir.
Vaqif Abdullayev,
Professor
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN