"Azərbaycan Respublikası ilə müştərək komitənin təşkili üçün razılığa gəldik".

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

H.Əmir Abdullahiyan Tehran və Bakı arasındakı münasibətlərin müsbət atmasferdə irəlilədiyini qeyd edərək bildirib ki, müştərək komitə iki ölkədə ictimai rəyi və KİV-lərdəki atmasferı idarə etmək üçün fəaliyyət göstərəcək.

İki qonşu ölkənin əlaqələrində bəzi məsələlərdə fikir ayrılıqlarının olmasını təbii adlandıran H.Əmir Abdullahiyan qeyd edib ki, önəmli olan hər iki tərəfin maneələri aşmaq üçün ciddi iradə ortaya qoymasıdır.

"Mən və həmkarım cənab Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı və bəzi anlaşılmazlıqları geridə qoymaq üçün davamlı olaraq bir-birimizlə əlaqədəyik və müsbət müzakirələr aparırıq", - deyə İran XİN başçısı bildirib.

Nazir onu da qeyd edib ki, İran öz qonşularını öz qohumları hesab edir və qohumluq əlaqələri prinsipi ilə əlaqələrini dəyərləndirir, inkişaf etdirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN