«Təzadlar» Ermənistan KİV-lərinə istinadla bildirir ki, Yerevanda Lazarev klubunun iclasında Dağlıq Qarabağın keçmiş qondarma lideri Arkadi Qukasyan deyib ki, Qarabağda müharibənin qaçılmaz olduğuna bir neçə amil əsəbəb idi.

"Birincisi, danışıqlar prosesinin dondurulduğu açıq-aydın idi. İkincisi,  erməni tərəfi danışıqlardan çəkinirdi, görünür çox fikir verilmirdi. Və bildiyiniz kimi, diplomatiya susursa, silahlar danışır", deyə o bildirib.

O, bəs Ermənistanın və Qarabağın qondarma hərbi-siyasi rəhbərliyinin, habelə hərbi əks-kəşfiyyatın bütün cəbhə xətti boyu Azərbaycanın çox sayda qoşunlarının cəmləşməsini necə və nə üçün görə bilmədiyi barədə suala heç bir açıqlama verməyib.

Qukasyana görə, o, dövləti rəsmi şəkildə təmsil etmir və bu suala cavab vermək hüququ yoxdur. Ümid edir ki, hamının cəmiyyəti maraqlandıran bütün bu suallara cavab alacağı vaxt gələcəkdir. Qukasyan istefada olan hərbi generalların hərbi əməliyyatların planlaşdırılmasında iştirak etmək, məsləhət vermək fürsəti olmadığını, bədnam "bunker"ə girmələrinin qadağan olunduğunu da diqqətə çatdırıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN