"Şuşa yaxınlığında erməni terrorçusu tərəfindən törədilən terror aktı Azərbaycan Ordusuna və Rusiya sülhməramlılarına qarşı yönəlmişdi. Bu terror aktının məqsədi vəziyyəti gərginləşdirmək və itkilərə səbəb olmaq idi".

Bunu Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko rusiyalı ekspertlərin Şuşaya səfərinin yekunları ilə bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu terror aktı hərtərəfli araşdırılmalıdır: “Bu terror hadisəsi eyni zamanda regionda sülhə və sabitliyə qarşı yönəlmişdi. Hesab edirəm ki, Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının birgə qrupu yaradılmalı və bu terror aktı hərtərəfli araşdırılmalıdır”, - deyə İ.Korotçenko bildirib.

Qeyd edək ki, noyabrın 13-də Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına əl qumbarası ilə hücum edib, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN