İsrailin baş naziri Naftali Bennett “Hizbullah”ı terror təşkilatı kimi tanıdığı üçün Avstraliya hökumətinə təşəkkür edib.

 RİA Novostinin məlumatına görə,  Natali Benneti ““Hizbullah”ı terror təşkilatı kimi tanımaq niyyətinə görə Avstraliya hökumətinə və dostum, Avstraliyanın baş naziri Skott Morrisona təşəkkür edirəm” , - deyə söyləyib.

 O, həmçinin qeyd edib ki, İsrail beynəlxalq arena da daxil olmaqla, terrorizmə qarşı bütün mümkün üsullarla fəaliyyət göstərməyə davam edəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında 7News telekanalı Avstraliya hakimiyyətinin Livanın “Hizbullah” qruplaşmasını və neonasist təşkilatı The Base-ni terror təşkilatları elan etdiyini xəbər verib.

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN