Aralarında Qəddafinin oğlu da var.

Dekabrın 24-də Liviyada keçiriləcək prezident seçkilərində 98 nəfər namizədliyini irəli sürüb. Onların arasında general Xəlifə Haftar, ölkənin devrilmiş və qətlə yetirilmiş keçmiş lideri Muammər Qəddafinin oğlu Seyf Əl İslam, şərq əyalətlərinin parlament spikeri Aquila Saleh, hazırki keçici hökumətin başçısı Əbdülhəmid əl-Dbeibah da var.

TEZADLAR.AZ  AzərTac-a istinadən xəbər verir ki, bu barədə Liviya Prezident Şurasının başçısı Məhəmməd Əl Mənfi Qahirədə Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşündə bildirib. O, Misir hökumətini qarşıdakı prezident seçkilərinin təhlükəsiz şəraitdə baş tutması üçün Tripoliyə kömək etməyə çağırıb.

Misir Prezidenti bildirib ki, rəsmi Qahirə Liviyada sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini davam etdirəcək. O əlavə edib ki, qonşu ölkənin ərazi bütövlüyü region üçün mühüm məsələdir. Eyni zamanda, Liviyada seçkilərin uğurla keçirilməsi, xalqın birliyinin möhkəmlənməsi bu ölkənin gələcəyi baxımdan həlledici amil ola bilər.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN