…Bu günlərdə «Təzadlar»da belə bir maraqlı yazı dərc edilmişdi ki, sən demə, İranda Şuşa adında şəhər də varmış???
Bu artıq İranın erməni sevgisinin bariz nümunəsi, təzahürüdür! Bu həm də artıq siyasi həyasızlığın son həddi və Ermənistan kimi, qondarma, saxta bir dövlətə qucaq açmanın yeni formasıdır... Hansı ki, İranın İRNA Agentliyi də, bu xəbər portalını idarə edənlər də, İranın dövlət rəsmiləri də başa düşür ki, artıq geriyə yol yoxdur, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşa alınmaz qala kimi, başı üzərində Azərbaycanın bayrağını dalğalandırır... Və özü də Türkiyənin bayrağı ilə bərabər. Başqa nə ad verəsən, buna isə, sadə dildə, Azərbaycana ilişmək deyirlər... Yəqinki Azərbaycan XİN bu məsələni ciddi şəkildə İranın siyasi hakimiyyətinin diqqətinə çatdıracaq... Fars dilində yayımlanmış həmin saxta xəbəri Azərbaycan (rus dilində orijinaldan) təqdim edirik: "Tehran, 14 oktyabr, İRNA - Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Xuzistan əyalətinə səfəri zamanı Şuşanın tarixi və qədim görməli yerlərini ziyarət etdi. Artaşes Tumanyan və heyəti Şuşa valisinin dəvəti ilə şəhərin mədəni irsinin xəzinələrini, muzey bağını, tarixi abidələri, Apadananı, Darius sarayını, kral şəhərini, On beşinci şəhəri, Susa qalasını və Choghaznabil barış məbədini ziyarət edib. Ermənistanın İrandakı səfiri Xuzistana iki günlük səfəri zamanı əyalətdəki bir neçə balıq təsərrüfatını, şəkər qamışı fabriklərini və əntiq əşyaları ziyarət edib".
Bu da rus dilində: "Посол Армении в Иране посетил исторические памятники Шуша: Тегеран, 14 октября, ИРНА - Во время своего визита в провинцию Хузестан посол Армении в Иране Арташес Туманян посетил исторические и древние достопримечательности Шуша. Арташес Туманян и его делегация с приглашением губернатора Шуша посетили сокровища культурного наследия города, музейный сад, исторические памятники, Ападану, дворец Дария, королевский город, Пятнадцатый город, замок Суза и храм мира Чогхазнабил. Во время двухдневного визита в Хузестан посол Армении в Иране посетил несколько рыбных хозяйств, фабрики сахарного тростника и предметы старины в провинции".
***
Tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli də özünün fb səhifəsində bu mövzuda maraqlı paylaşım edib: «…Noyabrın 23-də Tehran Şəhər Şurası bəzi küçə və şəhər adlarının dəyişdirilməsi haqqında qərar verib. Bu qərarda Azərbaycanla bağlı son dərəcə önəmli məqamlar var və Azərbaycan hökuməti bu qərarları ən azı süngü ilə qarşılamalıdır. Məsələn, Tehrandakı Məryəm Xiyabanı bundan sonra Şuşi xiyabanı adlandırılacaq. Yox, səhv oxumadınız məhz Şuşi, Şuşa yox, yəni bu şəhərin erməni adına üstünlük verilib. Xatırladım ki, Qacarlar xanədanının nümayəndəsi İran şahı Ağa Məhəmməd Şah Qacar məhz Şuşa şəhərində öldürülüb. Düşünün ki, indi Tehran Şəhər Şurası İran şahına deyir ki, ey qibleyi-aləm, sən Şuşada yox, Şuşidə öldürülmüsən... İkinci önəmli məqam isə Tehrandakı Pənah Xiyabanına Nardaran adının verilməsidir. Bəllidir ki, Nardaran Azərbaycanın ən radikal dini mərkəzlərindən biridir. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu kəndi az qala şəxsi ofisinə çevirmişdi. Tehrandakı Baradaran küçəsinə isə Badikubə adı verilir, yəni Bakı şəhərinin fars variantı. Hə, necədir?
Tehran Şəhər Şurası İran ermənilərini də unutmayıb. Bundan sonra İran paytaxtında Rostom Voskanian, Vartan Hovanessian küçələri də olacaq. P.S Tehran İstanbuldan sonra türklərin ən çox yaşadığı şəhərdir. Necə olur ki, belə bir şəhərdə anti-türk xarakterli bu kimi qərarlar qəbul olunur? Bu həm də o deməkdir ki, Tehranın idarəçiliyində türklərin sözü keçərli deyil…».
***
Bəli, İranın siyasi rəhbərliyi bir tərəfdən bəyan edir ki, İranla Azərbaycan arasında səmimi münasibətlər var və getdikcə inkişaf edir, o biri tərəfdən isə… Özünüz nəticə çıxarın…
A.Məmmədli