"Bu, inqilabın son gülləsi idi": Koçaryan məğlub olma səbəbini şərh edib

Yerevan, 22 iyun-Sputnik. "Ayastan" ("Ermənistan") bloku qısa müddət ərzində ölkənin kəndlərində kifayət qədər görüşlər keçirə bilməyib. Bu barədə  Baş nazir postuna namizəd,  Ermənistanın ikinci prezidenti Robert Koçaryan mətbuat konfransında  bildirib.

Koçaryan hazırkı hakimiyyətə səs verənlərin əksəriyyətinin, əslində, keçmiş hakimiyyətin geri qaytarılmasına qarşı səs verdiyinə əminliyini ifadə edib.

"Kampaniya çox qısa idi, biz çox vaxt tapmadıq və  kənd yerlərində çox az görüşlər keçirdik.  Siz yəqin ki, diqqət yetirmisiniz,  məhz seçki komissiyası  məhz kəndlərdə  böyük nəticələri qeydə almışlar. İnsanlar yəqin ki, son anda qərara gəlib hakimiyyətə səs verdilər " - deyə o bildirib.

Hazırkı hakimiyyətə etimad mandatı məsələsini şərh edən Koçaryan qeyd edib ki, seçkidə keçmiş hakimiyyətin qaytarılması amili böyük rol oynayıb. Çünki seçkilərdə bütün keçmiş prezidentlər iştirak etmişdi.

"Biz bu vəziyyətdən çıxa bilmədik. Yəqin ki, bu, inqilabın son gülləsi idi", - deyə Koçaryan bildirib.

Onun sözlərinə görə, Paşinyanın dünənki mitinqindəki çıxışından sonra  onların ritorikasında və hərəkətlərində bir şeyin dəyişəcəyi təəssüratı yaranmayıb.

"Əgər hakimiyyət bundan əvvəl fəaliyyət göstərdiyi kimi, başqalarını repressiya və vendettlə qorxudacaqsa, biz tezliklə yeni növbədənkənar seçkilər qarşısında  qalacağıq", - deyə Koçaryan qeyd edib.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN