Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Pin It

Futbol üzrə Türkiyə Super Liqasında bu gün İstanbul derbisi baş tutacaq.

Pin It

Mariupolda 11 yaşlı ukraynalı gimnast Yekaterina Dyaçenko həlak olub.

Pin It

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.

Pin It

Qusarın mərkəzində yerləşən bu stadion artıq 6 ildir təmirə dayanıb. Lakin nə təmir gedir, nə də bir sahib çıxanı var.

Qeyd edək ki, 1966-cı ildə "Neftçi"yə rəhbərlik edən məşhur futbol ustası Şövkət Orduxanovun adını daşıyan stadion şəhərin düz ortasında, "gözdağı" kimi qalmaqdadır.

Stadionun bu vəziyyəti rayonun futbol həvəskarlarını, şəhər sakinlərini də narahat edir. Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov da şəhər stadionunun bu görkəmindən narazıdır.

O, açıqlamsında bildirib ki, 1962-ci ildə istifadəyə verilmiş stadion uzun illər "Məhsul" kənd İdman Cəmiyyətinin balansında olub. 1999-cu ildə "Şahdağ" futbol klubu tərəfindən 99 il müddətinə icarəyə götürülüb: "2017-ci ildə stadionu təmirə görə bağladılar.  Ancaq o vaxtdan nə zaman bərpa olunacağı barədə dəqiq heç bir məlumatımız yoxdur".

Əldə olunan məlumata görə, Qusar şəhər stadionunun təmir və bərpa işlərini "Azenko" şirkəti aparır. Şirkətin maliyyə problemləri səbəbindən işlərin dayandırıldığı bildirilir. Xatırladaq ki, “Azenko” şirkətinin ölkənin keçmiş baş işıqçısı (“Azərenerji”nin sabiq prezidenti - red.) Etibar Pirverdiyevə aid olduğu deylir.

Hətta rayonda stadionun "Azenko" şirkətinə satıldığı da barədə məlumatlar yayılıb.

Yeri gəlmişkən, Qusarın 1990-cı ildə yaradılmış peşəkar futbol komandası "Şahdag" komandası da artıq mövcud deyil. Komandaya sponsorluğun da "Azenko" şirkətinin etdiyi deyilir.

Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov bu məlumatları təsdiqləsə də, əlində heç bir rəsmi sənədin olmadığını deyib.

Yeri gəlmişkən, gənclər və idman naziri Fərid Qayıbov Şabranda bölgənin idarə rəhbərləri ilə keçirdiyi görüşdə Emil Əmirmətov Qusar stadionunun işlək vəziyyətdə olmaması, bərpa işlərinin sürətləndirilməsi barədə qusarlıların xahişini nazirin diqqətinə çatdırıb. Nazir bu məsələ ilə məşğul olacağını bildirib.

Qusar şəhər stadionunun bir addımlığında yerləşən Qusar Rayon İcra Hakimiyyətindən isə mövzu ilə bağlı heç bir açıqlama verilməyib. Onlar bu barədə susmağa üstünlük veriblər. 

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN