"Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Marsel"ə 1:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib: "Dünən də bildirmişdim ki, "Marsel"in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elemetlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik".

Qurbanov cavab matçına da toxunub: "Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik".

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN