AVRO-2020-də yarımfinal mərhələsi başa çatıb və İngiltərə ilk dəfə finala çıxıb.

Londondakı “Uembli” stadionunda İngiltərə millisi Danimarkanı qəbul edib. Futbolun yaradıcıları matçın favoriti olsalar da, hesabı çempionatın sürpriz komandası açıb.

30-cu dəqiqədə Mikkel Damsqaard fərqlənib. Bu, çempionatın ilk beş oyununda qapısını toxunulmaz saxlayan İngiltərə millisinin buraxdığı ilk qol olub.

Lakin danimarkalıların sevinci uzun sürməyib. Cəmi 9 dəqiqə sonra Simon Kyer topu öz qapısına vurub.

İkinci hissəsi qolsuz bitən matçın taleyi əlavə vaxtda həll olunub. Harri Keyn penalti zərbəsini qaçırsa da, qapıçının qaytardığı topu çərçivəyə göndərib. Bu qol İngiltərəni tarixində ilk dəfə Avropa çempionatının finalına daşıyıb.

AVRO-2020
Yarımfinal
7 iyul
23:00. İngiltərə - Danimarka - 2:1
Qollar: 
Simon Kyer, 39 (avtoqol), Harri Keyn, 104 - Mikkel Damsqaard, 30
Baş hakim: Danni Makkeli (Niderland)
London. “Uembli” stadionu

Bir gün öncə finala çıxan İtaliyanın rəqibi İngiltərə - Danimarka oyununda bəlli olub.

Əlavə vaxtda 2:1 hesabı ilə qalib gələn böyük britaniyalılar həlledici matça yüksəlib. İngiltərə millisi ilə İtaliya arasında qarşılaşma iyulun 11-də baş tutacaq.

Oyun Londondakı “Uembli” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2020
Final
11 iyul
23:00. İtaliya – İngiltərə

London. “Uembli” stadionu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN