Xorvatiyanın Poreç şəhərində Dünya Karate Federasiyasının (WKF) Gəncləri Liqasında mövsümün ikinci turniri başa çatıb.

Bu barədə Tezadlar.az-a Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov məlumat verib.

Onun sözləriniə görə, kadetlərin 57 kq-dək final görüşündə Məhəmməd Xamoyev Salman Əlirzayevə qalib gələrək qızıl medala sahib olub. Eyni yaş qrupunun 70 kq-dək görüşlərinin həlledici qarşılaşmasında isə Rumil Cəfərli Xudaş Ağayevi məğlub edərək çempion olub. Kadetlərdə daha bir gümüş medalı Aysu Əliyeva (-47 kq) əldə edib. U14 turirində İsmayıl Xamoyev birinci, Ələddin Məlikov (hər ikisi -45 kq) isə üçüncü yeri tutub.

50 ölkə karateçilərinin çıxış etdiyi Gənclər Liqasına 50 ölkəni təmsil edən 1590 idmançı qatılıb. Yarışda 29 idmançımız iştirak edib. Turnir həm də avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclərin Avropa çempionatına son hazırlıq xüsusiyyəti daşıyıb.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN