booked.netbooked.net booked.net  

"Qarabağ" UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

Tezadlar.az bildirir ki, buna "köhlən atlar"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, növbəti raunda adlaması səbəb olub. Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdəki heç-heçə sayəsində adını III raunda yazdırıb.

Xatırladırıq ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Ağdam komandası ilk görüşünü 2 və ya 3 avqustda Bakıda, cavab qarşılaşması isə avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq. İnanırıq ki, komandamız bu matçda da qalib gələcək.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN