“Formula1” rəhbərliyi heç vaxt Rusiyada yarış keçirməyəcək.

Bunu “Formula1”in icraçı direktoru Stefano Domenikali deyib.

O, “Formula1” üçün pulun vacib olduğunu, lakin bunun, yarış seriyası rəhbərliyinin diqqət yetirdiyi tək şey olmadığını vurğulayıb.

"Mən həmişə deyirəm ki, heç vaxt “heç vaxt” demə. Amma bu halda söz verə bilərəm ki, Rusiya Qran Prisinin təşkilatçıları ilə artıq heç bir danışıqlar aparmayacağıq. Orada bir daha yarış olmayacaq", - deyə Domenikali bildirib.

Xatırladaq ki, “Formula 1” 2022-ci ilin martında Ukraynadakı vəziyyət fonunda Rusiya Qran Prisi ilə bağlı müqaviləyə vaxtından əvvəl xitam verildiyini elan etmişdi.

Qeyd edək ki, Azərbaycan “Formula 1” yarışlarına 2016-cı ildən ev sahibliyi edir.

Lakin yarış pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmışdı. Builki “Formula 1” Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen olub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN