Argentinalı hücumçu Lionel Messi dünya çempionatlarında vurduğu qolların sayına görə Dieqo Maradona və Kriştiano Ronaldonun rekordlarını qırıb.
Sport-Ekspress xəbər verir ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Messi Avstraliya millisinin qapısına 9-cu qolunu vurub. Yeri gəlmişkən, Avstraliya ilə qarşılaşma argentinalının karyerasında 1000-ci olub.
Maradona və Ronaldo karyeralarında dünya çempionatlarında hər biri 8 qol vurublar. Mütləq rekord isə Argentina millisinin sabiq hücumçusu Qabriel Batistutaya məxsusdur - 10 qol.
Qeyd edək ki, Kriştiano Ronaldo hələ mundialın pley-off mərhələsində qol vurmayıb. O, hətta SofaScore versiyasına görə 6,37 xalla qrup mərhələsinin ən pis oyunçularından biri kimi tanınıb.
E.ŞİRİNOV