Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

Tezadlar.az İTV-yə istinadla bildirir ki,  bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.

"Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.

Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

DÇ-2022

Yarımfinal

13 dekabr

23:00. Argentina - Xorvatiya

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail" stadionu

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşlə oynayacaq.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN