Artıq Ağdamın “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçidi rəsmiləşib.
Futbolçunun yeni komandası ilə uzun müddətə - 2026-cı il iyunun 30-dək müqavilə imzaladığı bildirilir.
Tezadlar.az xəbər verir ki, "Qarabağ" klubu braziliyalı yarımmüdafiəçisini təşəkkür edərək yola salıb.
Kadi Borgesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Kadi!", - deyə klubun paylaşımında qeyd edilir.