2016-cı ilin yüngül atletika üzrə Olimpiya çempionu Tori Boui 32 yaşında vəfat edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Twitter”də “Icon Management” idman agentliyi məlumat yayıb.

İdmançının maraqlarını təmsil edən qurum müştəri və əziz dostunu itirdiklərini bildirib. “Tori çox parlaq bir işıq şüası idi! Həqiqətən də ürəyimiz yandı və dualarımız onun ailəsi və dostları üçündir”, – onlar yazıblar. Bouinin ölüm səbəbi açıqlanmayıb.

Sportsmax.tv xəbər verir ki, idmançının meyiti Floridada tapılıb. Qeyd edilir ki, Boui intihar edə bilər.

İdmançı Rioda dörd yüz metr estafetdə Olimpiya çempionu olub. O, həmçinin 100 metr məsafəyə qaçışda gümüş, 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb. 2017-ci ildə amerikalı 100 metr məsafəyə qaçışda dünya çempionu olub və sprint estafetində qalib gəlib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN