Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı vəAzərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə qardaş Türkiyədə ÜmummilliLider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı reallaşacaq.
AİJA-nın bu xoşməramlı qarşılaşmanın həyata keçirilməsi təşəbbüsü ilə "Qalatasaray" Futbol Klubu rəhbərliyinə müraciəti müsbət qarşılanıb. Qardaşlıq görüşündə "Qalatasaray"ın əfsanəvi futbolçularının qatıldığı komanda AİJA milli yığması ilə üz-üzə gələcək.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından Azərinforma bildiriblər ki, AİJA-nın xoşməramlı görüşün həyata keçirilməsi təşəbbüsü "Qalatasaray" İdman Klubunun rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Bu gün klubdan AİJA-ya göndərilən məktubda türk dünyasının iftixarı, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi şərəfinə keçiriləcək qardaşlıq görüşünün məhz 17 mayda – "Qalatasaray"ın UEFA kuboku qazanmasının 23 illiyinin tamam olduğu gündəmöhtəşəm bir məkanda – Florya Metin Oktay təsislərində reallaşacağı qərara alınıb.
Arkadaşlıq görüşündə "Qalatasaray"ın əfsanəvi futbolçularının qatıldığı komanda AİJA milli yığması ilə üz-üzə gələcək.
AİJA komandasına uğurlar arzulayırıq!
A.Məmmədli