UNESCO AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıya dəvət edib...

Bu gün Koreya paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 85-ci konqresi öz işini davam etdirir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti, AİPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə "Təzadlar"a bildirib ki, Konqresdə UNESCO İdman bölməsinin rəhbəri Filip Müllerin təmsil etdiyi beynəlxalq qurumun qarşıdakı tədbirləri haqqında təqdimatı dinlənilib. O, 26-29 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək bədən tərbiyəsi və idmana məsul nazirlərin və yüksək vəzifəli şəxslərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII) haqqında məlumat verib. Təqdimatın sonunda cənab Filip Müller AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıdakı konfransa dəvət edib. AİPS Prezidenti Canni Merlo MİNEPS VII-də iştirak edəcəyini bildirib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti, AİPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə UNESCO nümayəndəsinə təqdimat və dəvətinə görə təşəkkürünü bildirib. Konqres may ayının 12-nə kimi davam edəcək.

JASMİN

aija-1

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN