Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının son təmsilçisi mübarizəyə qoşulub.

Məlumata görə, qadın karateçimiz İrina Zaretska +61 kq çəki dərəcəsində mübarizə aparıb. O, ikinci yeri turub.

Karate
7 avqust
Qadınlar, +61 kq

A qrupunda yer alan Avropa və dünya çempionu İrina Zaretska ilk olaraq Yaponiya təmsilçisi Ayumi Ueska ilə qarşılaşıb. Karateçimiz qarşılaşmanı 4:1 hesabı ilə aktivinə yazıb. O, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) da gücünü göstərib, Karateçimiz bu dəfə 3:2 hesabı ilə qalib gəlib.

Zaretska üçüncü qarşılaşmasında məğlubiyyətə üzülüb. O, Sofiya Berultsevaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub. Təmsilçimiz son döyüşündə isə Meltem Hocaoğluya qalib gəlib. Türkiyə idmançısını 4:0 hesabı ilə məğlub edən İrina qrupu 6 xalla birinci pillədə başa vurub.

Ən azı bürünc medalı özü üçün təmin edən 25 yaşlı karateçi yarımfinala yüksəlib. O, finala gedən yolda digər qrupun ikincisi olan çinli Li Qonqla üz-üzə gəlib. Təmsilçimiz bu dəfə də qələbə qazanmaqda çətinlik çəkməyib - 7:2. Zaretska finalda misirli Feryal Abdelazizlə qarşılaşıb. O, uğurlu seriyanı davam etdirə bilməyib və 0:2 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, karate millimiz yarışa üç idmançı ilə qatılıb. Firdovsi Fərzəliyev (67 kq) qrupda qalıbsa, Rafael Ağayev (75 kq) gümüş medal qazanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN