Bu gün bütün dünyada Beynəlxalq Alpinizm Günü qeyd olunur.

...Dünyada ilk dəfə 1876-cı ildə avqustun 8-də isveçrəli həkim Mişel-Qabriel Pakkard və dağ bələdçisi Lak Balm Alp dağlarının ən yüksək zirvəsinə- Monblana qalxa biliblər. Dəniz səviyyəsindən 4810 metr yüksəklikdə yerləşən bu zirvəni onlara kimi çoxları fəth etmək istəsə də alınmayıb... Bu zirvənin fəthi onların adlarını həm tarixə yazdı, həm də onlar alpinizmin tarixini yazaraq həmin günün əbədiləşdirilməsinə nail oldular. Əlbəttə, insanlar Monblanın fəthinə qədər də dağlara qalxıblar, lakin bunu məqsəd kimi qarşılarına qoymamışdılar. Məsələn, bunun ilk yazılı sübutu XIV Poma İmperatoru Adrianın Etna vulkanına qalxması olub. Onu bu hündürlüyə günəşin doğuşunu quş gözü ilə seyr etmək istəyi qaldırıb...
Azərbaycanda alpnizmin yaranma tarixi isə XX əsrin birinci yarısına təsadüf edir. O zamanlar müxtəlif peşə sahibləri alpnizmə cəlb edilirdilər. İlk dəfə “Neftçi” idman klubu neftçiləri özündə birləşdirib. 1936-cı ildə isə ümumittifaq alpiniada tərkibində “Neftçi”nin böyük alpinist qrupu “Elbrus” dağını fəth etmək üçün Kabardin- Balkariyaya yola düşüblər. 1963-cü ildə yeni “Alpinizm Federasiyası” ictimai birliyi təsis edildi və bu Federasiyanın ilk prezidenti tibb elmləri doktoru, alpinizm üzrə təlimatçı Nəcməddin Hacıyev seçilir. Onun rəhbərlik etdiyi dövrdə federasiya yeni təlimatçıların yetişdirilməsinə daha çox üstünlük verir və rəhbərliyi dövründə hündür dağlara ilk ekspedisiyalar təşkil olunmağa başlayır. Federasiya öz fəaliyyətini SSRİ dağılana gədər davam etdirdi. Respublikamız müstəqillik əldə etdikdən sonra 90-cı illərdə dağ turizmindən qayayadırmanmaya və alpinizmə Yaqub Məmmədov, Dmitriy Şiyanov və Akif Rüstəmov kimi idmançılar keçirlər. 1993-cü ildə “Alpinizm Federasiyası”na Saridan Mursaqulov rəhbərlik etməyə başlayır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 1997-ci ildə Alpinizm Federasiyası nizamnaməsini rəsmi qeydiyyatdan keçirdi və “Azərbaycan Alpinizm Federasiyası” (AAF) adlanmağa başladı. 1999-cu ildə “Qafqaz-99” ekspedisiyası çərçivəsində Zaqafqaziya yığma komandasının heyətində Saridan Mursaqulov “Everest” dağına ilk dırmanmanı həyata keçirir və 7800 metr hündürlüyə çatır. AAF-nın rəhbərliyi altında son 45 il ərzində çoxsaylı respublika yarışları keçirilib. Azərbaycanda “Respublika Alpinist-Turist Klubu”, “Dağçılıq İdman Klubu” və bir çox idman bölmələri fəaliyyət göstərir.


JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN