Horadiz şəhərində "Füzuli" Futbol Klubunun məşqiçi heyətindən Vasif İsmayılov və Xəqani Quliyev ilə görüşüb yeni planları müzakirə etdik. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, komanda bu mövsumdən etibarən yeni təsis edilən II Divizonda mübarizə aparacaq.
"Komandanın maddi-texniki bazasının daha da gücləndirilməsi vacibdir və bununla bağlı hər bir Füzuli sakininin dəstəyi önəmlidir. Aydındır ki, II Divizonda iştirak artıq yeni hədəflər və çağrışlar olmaqla yanaşı, ciddi uğurların başlanğıcıdır.