"Qarabağ” bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Tezadlar.az xatırladır ki, komandamız Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq. İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
26 iyul
22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, “Miejski” stadionu
Komandamıza uğurlar arzu edirik.