İdman ustası – ağırlıqqaldıran 2010-cu ildə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatının bürünc medalçısı olub. 2012-ci ildə gənclər arasında Respublika birinciliyində gümüş medal qazanaraq milli komandaya dəvət alıb. 2013-cü ilin sentyabrında Litvanın Klaypeda şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada qızıl medal qazanıb. 2014-cü ilin noyabrında Kiprin Limassol şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində birdən və təkanla qaldırma, həmçinin toplamda gümüş medal qazanıb. 2015-ci ilin oktyabrında Litvanın Klaypeda şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində birdən və təkanla qaldırma, həmçinin toplamda qızıl medal qazanıb. 2014–2015-ci illərdə Zirvə Beynəlxalq İdman Klublarının dünya çempionatlarının qalibi olub. 2021-ci ilin aprelində Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında birdən qaldırma hərəkətində qızıl, toplamda isə bürünc medal qazanıb. 2022-ci ilin aprelində Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında 109 kq çəki dərəcəsində birdən-birə 3 (üç) Azərbaycan rekordunu – həm birdən qaldırma, həm təkanla qaldırma, həm də toplamda — qıraraq tarixi nəticəyə imza atıb. 2022-ci ilin avqustunda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında 102 kq çəki dərəcəsində birdən qaldırma hərəkətində gümüş medal qazanıb. 2023-cü ilin avqustunda Belarusda keçirilən II MDB Oyunlarında 109 kq çəki dərəcəsindən bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. 2023-cü ilin sentyabrında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatında 109 kq çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkəti, həmçinin toplamda bürünc medalı qazanıb.
2022-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Dadaş Dadaşbəyliyə idmandakı fəaliyyəti yüksək qiymətləndirilərək mənzil hədiyyə edilib.