Nə xoş ki, UEFA Avropa Liqası “Qarabağ”ın turnirin 1/8 finalına vəsiqə qazanması münasibətilə paylaşım edərək Ağdam təmsilçisinin bu nailiyyətini tarixi adlandırıb...

Həqiqətən də dünən hakimin iki dəfə komandaya qarşı ədalətsiz davranışı və 1 oyunçunu meydandan qırmızı vərəqə ilə kənarlaşdırması belə "Qarabağ"ın oyunçularının əzmini qıra bilmədi və komanda ümumi hesabla qalib oldu. Bu paylaşım isə Avropa Liqasının sosial şəbəkə hesabında qeyd olunub: "Tarix kitabları üçün!”.

Xatırladaq ki, “Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasından üstün olub və tarixində ilk dəfə turnirin 1/8 finalına çıxıb. 

Komandaya daha böyük uğurlar diləyirik və inanırıq ki, Qarabağın adını bütün dünyaya daşıyacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN