Polis kapitanı Abbas Tunc Türkiyənin Düzce şəhərində keçirilən Peşəkar Kikboksinq üzrə yarışda rəqibinə texniki nakautla qalib gələrək KOK Peşəkar kəmərinin sahibi olub.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial medi hesabındakı paylaşımda bildirib.
O, qələbə qazanmış polis kapitanını təbrik edib:
"Həmkarımızı dünya peşəkarlarının iştirak etdiyi yarışda əldə etdiyi qələbə münasibətilə təbrik edirik!",- qeyd edib.
Xatırladaq ki, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin YYÇ-nin ispektoru polis kapitanı Abbas Tunc İsmayıl oğlu Peşəkar Kikboksinq üzrə
KOK (king of king’s) 77 kq-da hollandiyali Kevns Simonsla döyüşün 1-ci raundunda texniki nakautla qalib gələrək KOK Peşəkər kəmərinə sahib çıxıb. Onun peşəkar rinqdə - 5 döyüşdə 5 qələbəsi var.
Y.Məmmədli