Bu səhər Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonu başlayıb.

Tezadlar.az - ın məlumatına görə, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər. Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

Düşünürük ki, bu cür marafonlar işğaldan azad edilmiş bütün rayonlarımız üzrə təşkil edilməlidir. Bu həm də gənclərimizə bir ölkə nümunəsi olardı. 
Elbar

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN